
Legend Barnhouse Gabala- ən incə detallarına qədər düşünülmüş funksionallığın və modern Skandinav arxitekturasının unikal nümunəsidir. Geniş işıqlı və yüksək erqonomikaya malik olan mülkümüz, qonaqlarına həm daxildə, həm də açıq havada mütləq komfort və premium izolyasiya bəxş etmək üçün xüsusi olaraq layihələndirilmişdir. Sosial Yaşayış və Hüzur zonası(1- ci mərtəbə) Yüksək tavanlı Qonaq otağı və nəhəng panoram pəncərələr məkana sonsuz genişlik və gün işığı qatır. Ən son texnoloji standartlara cavab verən minimalist dizaynlı və beynəlxalq brendlərin quraşdırılmış məişət texnikası ilə təchiz olunmuş studiya mətbəx zonası. Müasir santexnika və premium izolyasiya sistemləri ilə təchiz olunmuş birinci mərtəbənin daxili hamam otağı. Minimalist mebellərlə və xüsusi "hyqqe"prinsipinə əsaslanan 1(bir) yataq otağı. Şəxsi Məkan və Məxfilik(2- ci mərtəbə) Nəcif ağac materiallarının qoxusu və minimalist mebellərlə dizayn edilmiş 3(üç) geniş yatağ otağı. Hər bir otaq ortopedik matraslar, premium sinif hipoallergen tekstil və dağ mənzərəzsinə açılan geniş pəncərələrlə təmin olunub. Yataq otaqlarının yerləşdiyi zonada qonaqların rahatlığl üçün xüsusi layihələndirilmiş ikinci zərif hamam otağı. Eksteryer Açıq Hovuz- kənar gözlərdən tamamilə izolyasiya olunmuş modern filtrasiyalı isti hovuz sahəsi. Qastronomik Barbekü Zonası və Söhbətgah(Besedka)- Axşam qonaqlıqları və təbiətlə başa başa qalmaq üçün təchiz olunmuş minimalist lounj sahəsi.